Pakistanda daş kömür şaxtası uçdu
Pakistanda iki kömür şaxtasının uçması nəticəsində 18 nəfər ölüb.
RİA “Novosti" xəbər verir ki, bu barədə "Express Tribune" qəzeti məlumat yayıb. Məlumata görə, hadisə Bəlucistan vilayətində baş verib.
"Daily Pakistan" qəzeti isə Spin Karez rayonunda, digər kömür şaxtasında da dağıntının olması barədə məlumat yayıb.
Mətbuatın məlumatına görə, qəzaya səbəb qaz partlayışı olub. Dağıntılar arasında bir neçə nəfərin qaldığı bildirilir. Hazırda həmin şaxtaçıların xilasetmə əməliyyatı aparılır.
Mənbə:> RİA “Novosti"