İcra başçısı gənc xanımı özünə müavin TƏYİN ETDİ
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə gənc xanım təyin edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bu vəzifəyə 30 yaşlı Anara Kamil qızı Hacıbəyli təyin edilib.
Məlumat üçün qeyd edək ki, bu təyinata qədər Anara Hacıbəyli İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında Baş məsləhətçi vəzifəsində çalışırdı.
Pirallahı Rayon İcra Hakimiyyəti sözügedən xəbəri təsdiqləyib.
Qeyd edək ki, Anara Hacıbəyliailəlidir və 2 övladı var.
Mənbə:> Unikal.org