Mərakeş İranla diplomatik əlaqələri kəsir
Mərakeş Qərbi Saxaranın müstəqilliyini dəstəkləyən POLİSARİO cəbhəsini (Siqiyet əl Hamra və Rio de Oronun azad edilməsi uğrunda xalq cəbhəsi) dəstəklədiyinə görə, İran ilə diplomatik əlaqələri kəsir.
Bunu Afrika dövlətinin xarici işlər naziri Nasser Bourita deyib.
Nazirin sözlərinə görə, Mərakeş Tehrandakı səfirliyini bağlayacaq və İranın Rabatdakı səfirini ölkəsinə göndərəcək.
Bouritanın iddiasına görə, İran və Livanın "Hizbullah" hərəkatı POLİSARİO-nu dəstəkləyir.
Mənbə:> Virtualaz.org