Bakı metrosunda dəhşət: qadın özünü qatarın altına atdı
Bakı Metropolitenində intihar hadisəsi baş verib.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin "Report"a verdiyi məlumata görə, hadisə saat 12:50-də, metronun "28 May" stansiyasında qeydə alınıb.
Onun sözlərinə görə, 1976-cı il təvəllüdlü Lənkəran sakini Səfərova Ruhəngiz Canəli qızı metroda özünü qatarın altına ataraq intihar edib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Mənbə:> Virtualaz.org