Səbuhi Xanlarov əqli məhdudiyyətli gənci ələ saldı, təhqir etdi – VİDEO (+18)
Tez-tez kimisə ələ saldığı, hətta təhqir etdiyi videoları ilə gündəmə gələn, bəzilərinin “aktyor” adlandırdığı Səbuhi Xanlarov yeni video paylaşıb.
AzNews.info xəbər verir ki, başqalarını ələ salmağı özünə əyləncə üsulu seçən Xanlarov bu dəfə əqli məhdudiyyətli gənci ələ salıb, alçaldıb və təhqir edib.
Bu video sosial şəbəkələrdə sərt reaksiyaların yaranmasına səbəb olub. Belə ki, hər kəs Səbuhi Xanlarovun addımına qəzəblənib, onu həm tənqid, həm təhqir ediblər.
Bəhs etdiyimiz videonu sizlərə təqdim edirik:
Mənbə:> Minval.info