Zemfira Ukrayna xalqını təhqir etdi – VİDEO (18+)
Dünya şöhrətli ifaçı Zemfira Litvadakı konserti zamanı ukraynalı fanatlarını təhqir edib.
Axar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb fanatların konsert zamanı Ukrayna bayrağı dalğalandırması olub.
Tatar əsilli müğənni fanatlara müraciət edərək Ukrayna bayraqlarını endirməsini tələb edib:
“Mən Rusiya vətəndaşıyam. Biz hazırda Litvadayıq. Xahiş edirəm sizdən, xahiş edirəm ... . Bayraqları yığışdırın”.
Şahidlərin sözlərinə görə, bundan sonra konsert iştirakçılarının çoxu zalı tərk edib.
Sözügedən videonu təqdim edirik:
Mənbə:> Axar.az