Ana 10 yaşlı oğlunun boğazını kəsdi
Bu, mənim indiyə qədər gördüyüm ən dəhşətli cinayət yeri idi.
AzNews.info Milli.Az-a mətbuata istinadla xəbər verir ki, bu sözləri Nyu-Yorkun Monroe rayonunun şerifi Todd K Baxter söyləyib.
Amerikada Hanane Mouhib adlı 36 yaşlı qadın 10 yaşlı oğlunun başını kəsməkdə günahlandırılır.
Hadisə yerinə gedən şerif jurnalistlərə oranı təsvir edib:
"Oraya gedəndə qadının əlində qanlı bıçaq var idi. O, təslim olmaq istəmirdi. Daha sonra müavinlərim 10 yaşlı Abraamı can verən halda tapıblar. Onun kürəyinə bir neçə dəfə bıçaq zərbəsi endirilmişdi, boğazı isə kəsilmişdi".
O bildirib ki, hadisənin səbəbi araşdırılır.
Qeyd edək ki, Hanane Mouhib adlı qadın bir neçə həftə əvvəl psixoloji problemlərinin olması ilə bağlı 911-dən kömək istəyib.
Mənbə:> Milli.Az