Keçmiş futbolçu arvadının başını kəsdi, bununla da ürəyi soyumadı...
Kariyerasına son qoyan amerikalı futbolçu Entoni Makklanahan 28 yaşlı həyat yoldaşının boğazını kəsərək qətlə yetirib.
AzNews.info publika.az-a istinadən xəbər verir ki, hadisə barədə cütülyün qonşuları polisə xəbər verib.
Dərhal hadisə yerinə gələn polis "Dallas Cowboys" komandasının keçmiş futbolçusunu qana bulaşmış halda yaxalayıb.
Aparılan araşdırmalardan sonra məlum olub ki, futbolçunun həyat yoldaşı boğazı kəsildikdən bir neçə dəqiqə sonra da sağ qalıb. Lakin E.Makklahanıın ürəyi bununla soyumayıb və o həyat yoldaşını boğub.
Qeyd edək ki, keçmiş futbolçu əvvəlki həyat yoldaşından olan 8 yaşlı oğlunu qaçırdığı üçün həbs edilmiş, daha sonra 128 000 avro qarşılığında azadlığa çıxmışdı.
Mənbə:> Publika.az