Zərdabda ər arvadının başını kəsdi
Zərdab rayonunda ər arvadını qətlə yetirib.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.
Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.
Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.
Qeyd olunur ki, Astanov bundan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə:> APA