Tovuz sakini 18 yaşlı bacısının boğazını kəsdi
İyunun 19-da Tovuzun Aşağı Quşçu kəndində törədilən qətlin üstü açılıb.
Oxu.Az xəbər verir ki, kəndin Bələdiyyə sədri Tofiq Hüseynovun Report-a verdiyi məlumata görə, 18 yaşlı Günay Gülməmmədova qardaşı Ruslan Gülməmmədov tərəfindən qətlə yetirilib.
T.Hüseynov bildirib ki, hadisə qısqanclıq zəminində baş verib.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Günay Gülməmmədovanın meyiti iyunun 19-da axşam saat 21:00 radələrində Tovuzun Aşağı Quşçu kəndində aşkar olunub. Gənc qızın boğazı kəsilərək çayın üzərindəki körpünün altına atılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Mənbə:> Oxu.Az