“Formula E” bolidi iki təyyarə ilə ötüşməyə çıxdı – VİDEO
Qətərin Doha aeroportunda “Spark SRT_01E” bolidi “Qatar Airways” hava yolları şirkətinə aid iki sərnişin təyyarəsi ilə sürət yarışına çıxıb.
Oxu.Az xəbər verir ki, ötüşmənin görüntüsü “ABB Group” korporasiyasının “YouTube” kanalında dərc olunub.
Qeyri-adi yarışa çıxan bolidin sükanı arxasında Belçikalı avtopilot Jerom De Ambrozio əyləşib. İlk yürüşdə havaya qalxan “Airbus” layneri, ikinci yürüşdə isə eniş edən “Boeing 787 Dreamliner” təyyarəsi ilə yarışıb.
Videoda da görmək olur ki, yarışın əvvəlində bolid laynerdən heç də geri qalmır. Ancaq bir müddətdən sonra təyyarə avtomobili tam geridə qoyur.
Yarışın təşkilatçıları təyyarənin maksimal sürətini ölçüb və məlum olub ki, ötüşmədə sportkarın ən yüksək sürəti 225 kilometr /saat təşkil etdiyi vaxtda, təyyarənin anoloji sürəti 944 km/saat olub.
Mənbə:> Oxu.Az