Bakıda prokurorluğun qarşısında adam güllələndi
Bakının Nərimanov rayonunun ərazisində adam güllələnib.
AzNews.info “Sputnik”ə istinadən xəbər verir ki, cinayət təxminən axşam saat 10-da Nərimanov Rayon Prokurorluğunun binasının qarşısında – mərasim evinin yaxınlığında (“Gənclik” metro stansiyasından azca aralıda) törədilib.
Hazırda hadisə yerində rayon polisinin və prokurorluğunun əməkdaşları işləyirlər. Öldürülmüş kişinin şəxsiyyəti barədə hələlik məlumat verilmir.
Mənbə:> Sputnik