Türkiyənin şərqi üçün təhlükə yarandı
Türkiyənin şərq vilayətlərindən olan Ordu, Giresun, Trabzon, Hakkari, Bitlis, Siirt və Şırnakda güclü yağışlardan sonra sel təhlükəsi gözlənilir.
Trend-in məlumatına görə, meteoroloqlar güclü yağışların hələ yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırıblar.
Məlumatda qeyd olunur ki, adı sadalanan vilayətlərdə yağışla yanaşı, qarın da yağması gözlənilir.
Məlumat üçün bildirək ki, Türkiyədə ən böyük sel fəlakətləri 1908 və 1957-ci illərdə qeydə alınıb.
1908-ci ildə ölkənin Tokat vilayətində meydana gələn sel fəlakətində 223, 1957-ci ildə Ankarada meydana gələn sel fəlakəti nəticəsində isə 169 nəfər həlak olmuşdu.
Mənbə:> Virtualaz.org