Böyük Britaniyada terror ittihamı ilə həbs edilənlərin sayı rekord vurub
Böyük Britaniya hüquq-mühafizə orqanları tərəfindən 2017-ci il ərzində 412 nəfər terrorçuluq maddəsi ilə saxlanılıb.
Trend-in məlumatına görə, bu, 2016-cı ildəki göstəricidən 58 faiz çoxdur.
Belə ki, 2016-cı ildə 261 nəfər saxlanılıb.
2017-ci ildə saxlanılanlardan 135 nəfər barəsində həbs qətimkan tədbiri görülüb.
Terror ittihamı ilə bağlı həbslərin sayının artmasına səbəb 2017-ci ildə ölkədə 5 terror aktının törədilməsidir.
Mənbə:> Trend