Kiyevdə Azərbaycan diasporunun üzvü quldurluq ittihamı ilə həbs olundu
Ukraynada Azərbaycan vətəndaşı quldurluq ittihamı ilə tutulub.
"Report" xəbər verir ki, əslən Azərbaycanın Kürdəmir rayonundan olan, 1993-cü il təvəllüdlü Abbasov Əli hazırda Kiyev şəhəri Qoloseevskiy rayon polis idarəsində saxlanılır.
O, rayon ərazisində istintaqa məlum olmayan, sonradan qaçıb gizlənən digər bir şəxslə yerli biznesmenlərdən birinə hücum edərək təhdidlə onu soymaqda ittiham olunur.
Azərbaycanlı gənc barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qətimkan tədbiri seçilib, istintaq aparılır.
Ə.Abbasovun Kiyevdə azərbaycanlı gənclərin yaratdığı diaspor təşkilatının üzvü olduğu bildirilir.
Mənbə:> Report