Polisdə dindirilən şəxs özünü binadan atdı
Tovuz rayon Polis Şöbəsində dindirilən şəxs özünü pəncərədən yerə atıb.
Rayon sakini 1970-ci il təvəllüdlü Şükürov Tofiq Feyruz oğlu Polis Şöbəsində dindirilən zaman 3-cü mərtəbədən özünü yerə atıb.
Ağır bədən xəsarətləri alan T. Şükürov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Report"un Qərb bürosunun məlumatına görə, bu gün saat 17 radələrində polis şöbəsində dindirilən rayon sakini, 48 yaşlı Tofiq Şükürovun narkotik vasitə istifadəçisi olduğu bildirilir.
İlkin məlumata görə, hadisə baş verən zaman T.Şükürov narkotik vasitənin təsiri altında olub.
Mənbə:> Report