Narkoloji Dispanserdə 25 nəfər yanaraq ölüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Narkoloji Dispanserdə 25 nəfər yanaraq ölüb

Narkoloji Dispanserdə 25 nəfər yanaraq ölüb

Respublika Baş prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.

Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Azərbaycan prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilən tədbirlər prezidentin nəzarətindədir.

İlkin araşdırmaların nəticələrinə, görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.

Narkoloji Dispanserdə 25 nəfər yanaraq ölüb


***11:10

Bu dəqiqələrdə Narkoloji Dispanserin qarşısına xeyli narkoman toplaşıb. Bunlar “ev şəraitində müalicə alan”, amma dispanserdə qeydiyyatda olan narkomanlardır və gündəlik narkotik dozasını tələb edirlər.

Polis narkomanları dispanserdən uzaqlaşdırmağa çalışır, onlara bildirilir ki, yanğın hadisəsinə görə bu gün dispanserdə qeydiyyatda olan xəstələrə dərman verilməyəcək. Lakin narkotik aludəçiləri bu vəziyyətlə qane olmaq istəmir. “Mən xəstə adamam, dözə bilmirəm, dərmanımı versinlər gedim”-narkomanlardan biri polis əməkdaşlı olduğu təxmin edilən mülki geyimli şəxslə mübahisə edib.

Digər narkotik aludəçisi isə “bu gün dərman verilməsə özünü bıçaqlayacağını” deyib. Başqa biri “əgər bu gün dərman verə bilməyəcəklərsə gedək özümüzə bir “baş” nəşə alaq, amma bilməliyik ki, polis bizi tutmayacaq, çünki bura yanıb” deyib.

Narkoloji Dispanserdə 25 nəfər yanaraq ölüb
Narkoloji Dispanserdə 25 nəfər yanaraq ölüb

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *