Kafedra müdirinə cinayət işi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Kafedra müdirinə cinayət işi

Kafedra müdirinə cinayət işi


Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, istintaq zamanı Vaqif Rəhimovun qeyd edilən universitetin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib.

O, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri və Ağdaş rayon sakinlərinin övladlarını ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul etdirmək adı altında etibardan sui-istifadə etmə və aldatma yolu ilə cəmi 65 min manat məbləğində özgə əmlakını ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Vətəndaşlara vurulmuş maddi ziyanın 34 min manatının istintaq müddətində ödətdirilməsi təmin edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *