Bakı metrosunda Rusiyadan alınmış daha iki 5 vaqonluq qatar hərəkət edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakı metrosunda Rusiyadan alınmış daha iki 5 vaqonluq qatar hərəkət edəcək

Bakı metrosunda Rusiyadan alınmış daha iki 5 vaqonluq qatar hərəkət edəcək

Rusiyanın "Metrovaqonmaş" şirkəti Azərbaycana "81-765/766" modelində 5 vaqondan ibarət iki metro qatarı satacaq.

Finmarket.ru yazır ki, bu barədə "Metrovaqonmaş" şirkətinin tərkibinə daxil olduğu "Transmaşxoldinq" məlumat yayıb.

Vaqonların istismar müddəti 31 ildir. İlk qatarın Bakıya bu ilin martında çatdırılması planlaşdırılıb. Müqavilə üzrə ikinci qatar da 2018-ci ildə Bakıya çatdırılmalıdır.

Qeyd edək ki, "Metrovaqonmaş" şirkəti 1967-ci ildən "Bakı Metropoliteni" QSC-ni vaqonlarla təmin edir. Hazırda "Bakı Metropoliteni"ndə bu şirkətin istehsalı olan 280 vaqon var. Sonuncu dəfə Bakıya "81-760.B/761.B/763.B" modelində hər birində 5 vaqon olmaqla, 3 qatar gətirilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *