Rusiya aviaşirkətinin Moskvadan Qəbələ, Lənkəran və Naxçıvana reysləri ləğv olundu
Rusiya Hava Nəqliyyatı Federal Agentliyi "VİM-Avia" şirkətinin Azərbaycana uçuşlar həyata keçirmək icazəsini geri çağırıb.
Trend bu barədə qurumun Beynəlxalq daşımalara icazə üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir.
Qeyd olunur ki, Moskva-Qəbələ, Moskva-Lənkəran və Moskva-Naxçıvan reysləri ləğv olunub.
İcazənin geri çağırılmasına səbəb müəyyən olunan müddətdə uçuşların həyata keçirilməməsi göstərilib.
Qeyd edək ki, "VİM-Avia" şirkəti ötən ilin oktyabr ayında borclarla əlaqədar müflis olduğunu elan etmişdi.
Mənbə:> Virtualaz.org