AZAL: Gəncə və Qəbələyə uçuşlar davam etdiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

AZAL: Gəncə və Qəbələyə uçuşlar davam etdiriləcək

AZAL: Gəncə və Qəbələyə uçuşlar davam etdiriləcək


“Azərbaycan Hava Yolları” (AZAL) fevralın 15-dən etibarən Bakı-Gəncə marşrutu, fevralın 17-dən etibarən isə Bakı-Qəbələ marşrutu üzrə müntəzəm reysləri yerinə yetirməyə davam edəcək.

Dövlət şirkətinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakı-Gəncə reysləri bazar ertəsi, çərşənbə, cümə və bazar günləri, Qəbələyə reyslər isə cümə və bazar günləri yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından (GYD) uçuş saat 11:05–də, Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 12:05-də. Gəncədən uçuş - saat 13:05-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 14:05-də.

Bakıdan Qəbələyə uçuş saat 16:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - saat 17:25-də. Qəbələdən uçuş - saat 18:15-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - saat 19:10-da.

Daxili istiqamətlər üzrə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilmib. Bakı-Gəncə istiqaməti üzrə bir tərəfə aviabiletin qiyməti 56 manat, Bakı-Qəbələ marşrutu üzrə isə bir tərəfə aviabiletin qiyməti 48 manat müəyyən edilib.

15:30

Bakı-Gəncə aviareysi bərpa olunur.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, Gəncə şəhər İcra Hakimiyyətinin müraciəti əsasında fevralın 5-dən Gəncə-Bakı-Gəncə aviareysi bərpa olunacaq.

Həftədə 4 dəfə (bazarertrsi, çərşnənbə, cümə və bazar) olmaqla, uçuşlar "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən həyata keçiriləcək.

AZAL cari il yanvarın 9-dan etibarən Bakı-Gəncə-Bakı marşrutu üzrə uçuşların dayandırılmasına qərar verib. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "APA-Economics"ə açıqlamasında bildirib ki, uçuşlar kommersiya baxımından qeyri-effektivdir və uçuşların dayandırılmasının səbəbi də məhz budur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *