Qəbələ-Moskva-Qəbələ reysi açılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Qəbələ-Moskva-Qəbələ reysi açılır

Qəbələ-Moskva-Qəbələ reysi açılır

İyulun 31-dən etibarən “Azərbaycan Hava Yolları” (AZAL) və Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.

Oxu.Az-a AZAL-dan verilən məlumata görə, birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, “Ural Hava Yolları”-nın bu hava xətti ilə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək.

“Domodedovo” (DME) Beynəlxalq Hava Limanından uçuş - Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - yerli vaxtla saat 15:15-də.

Qəbələdən uçuş - saat 16:25-də, “Domodedovo” Hava Limanına enmə - yerli vaxtla saat 18:20-də. Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu Airbus A320 laynerləri ilə həyata keçiriləcək.

Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:

(+994 12) 598-88-80;

*8880.

E-mail: callcenter@azal.az

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *