AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər

AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir.

Aşağıdakı istiqamətlər üzrə oktyabrın 15-dək olan uçuşlara biznes sinif aviabilet alan AZAL Miles proqramı iştirakçıları 50 faiz daha çox status və səyahət balları qazana biləcəklər:

Moskva
İstanbul
Kiyev
Minsk
Sankt-Peterburq
Milan
Paris
Pekin
Praqa
Dubay

AZAL Miles bonus proqramı barədə ətraflı məlumat ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Bundan əlavə, Moskva, Kiyev, Minsk, Sankt-Peterburq, Paris və Milan kimi şəhərlərə sentyabrın 12-dən dekabrın 10-dək olan uçuş tarixlərinə sentyabrın 15-dək biznes sinif aviabilet alan sərnişinlər güzəşli tariflərdən yararlana bilərlər.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598-88-80; *8880.

E-mail: callcenter@azal.az

AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *