Şəxsi məlumatlarınız ələ keçə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Şəxsi məlumatlarınız ələ keçə bilər –NAZİRLİKDƏN “GETCONTACT” XƏBƏRDARLIĞI

Şəxsi məlumatlarınız ələ keçə bilər


Bir milyard 600 milyondan çox telefon nömrəsinin yerləşdirildiyi və Azərbaycanda da geniş istifadəçi kütləsinə malik olan "Getcontact" mobil tətbiqindən istifadə bir sıra risklərə yol açır.

Xezerxeber.az bildirir ki, bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu proqramın istifadəçilərinə xəbərdarlıq edib.
Proqrama istənilən nömrəni daxil etməklə həmin nömrənin digər mobil telefonlarda hansı adla qeydiyyata alındığını öyrənmək olur. İstifadəçi tətbiqetmədə qeydiyyatdan keçməsə belə, proqramı telefonuna yükləyən şəxslərin mobil cihazının yaddaşında olan bütün nömrələr bazaya ötürülür. Bu, həm də digər abunəçinin də hüquqlarının pozulmasına yol açır. Həmçinin telefona giriş icazəsinin verilməsi istifadəçinin telefon yaddaşında olan nömrələrin müəyyən bazalarda saxlanılması və üçüncü tərəfə ötürülməsi təhlükəsini yaradır.

Bununla belə, sistemdən nömrəni birdəfəlik silmək də mümkündür. Bunu etdikdə artıq heç kim sizin nömrənizin başqalarının telefonunda hansı adla qeyd olunduğunu görə bilməyəcək.

Mobil tətbiqetmə isə hər saniyə bazasına yeni nömrələr əlavə edir. Proqramda nömrənizin görünməsini və məlumatların əldən-ələ keçməsini istəmirsinizsə, bazadan əlaqə nömrənizi çıxardın.

Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *