Mağaza və küçələrdə mobil nömrə satışı ləğv edilir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Mağaza və küçələrdə mobil nömrə satışı ləğv edilir

Mağaza və küçələrdə mobil nömrə satışı ləğv edilir

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaxın zamanda "IMEI" kodların qeydiyyat sistemini təkmilləşdirmək niyyətindədir.

Publika.az-ın məlumatına görə, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov ilkin mərhələdə insanların rahat istifadəsi üçün yaradılmış sistemin imkanlarından neqativ məqsədlərlə istifadə edildiyini bildirib.

"Onlar bir şəxsiyyət vəsiqəsi ilə bir neçə telefonu qeydiyyata salırlar. Bunların qarşısını almaq üçün biz hazırda sistemdə təkmilləşdirmə işləri aparmağa hazırlaşırıq və aidiyyəti qurumlarla birgə bu məsələnin incəliklərinə nəzər yetirəcəyik. Bu günlərdə Nazirlər Kabinetinin insanların telefonlarının şəxsiyyət vəsiqəsi vasitəsi ilə qeydiyyata salınması qaydaları sərtləşdirilib və bunu təmin edəcək mobil operatorlara şəbəkələrində zəruri olan avadanlıqların alınması üçün üç ay vaxt verilib", - deyə nazirin birinci müavini qeyd edib.

İ. Məmmədovun sözlərinə əsasən, yeni qaydalara uyğun olaraq, telefon alan şəxs haqda tam bilgilər məlumat bazasına daxil olduqdan sonra ona nömrə ayrılacaq və küçədə, dükanlarda mobil telefon nömrəsi satışı dayandırılacaq.

"Bununla, biz hər bir istifadəçinin mobil cihazının və nömrəsinin öz adına olmasına nail olacağıq və bu, mobil cihazların qeydiyyatının davamı olacaq. Beləliklə, şəbəkə qeyri-qanuni istifadə edilən cihazlardan və nömrələrdən təmizlənmiş olacaq", - deyə İ. Məmmədov bildirib.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *