Alimlər “iPhone”la məlumat toplayacaq » AzNews.info -Xəbər portalı

Alimlər “iPhone”la məlumat toplayacaq

Alimlər “iPhone”la məlumat toplayacaq


"Apple" şirkəti alimlər üçün yeni "ResearchKit" əlavə proqramını istifadəyə verəcək.

ANS PRESS-in məlumatına görə, bu alət açıq mənbə üzərindən alimlərə "iPhone" vasitəsilə pasientlər haqda məlumat yığmaq imkanı verəcək. Bu barədə ICTnews elektron xidməti bildirir.

Bir neçə yüksək səviyyəli araşdırma institutları "ResearchKit" platforması ilə işləmək, həmçinin astma, döş xərçəngi, ürək xəstəliyi, diabet və Parkinson xəstəliklərini öyrənmək üçün və araşdırma aparmaq üçün yeni əlavələr yaradıblar. Bu ali məktəblər arasında Stenford Universitetinin Səhiyyə Məktəbi və "WeillCornell" Səhiyyə Kollecini qeyd etmək olar.

"ResearchKit" platforması "Apple" şirkətinin "HealthKit" proqramı ilə birgə işləyəcək. Belə ki, "iPhone" vasitəsilə çəki, qan təzyiqi, şəkərin səviyyəsini və astma barəsində məlumat toplamaq, sağlamlıq və fitness funksiyalarından istifadə etmək olar.

Proqram tərtibatçılara yeni nəsil araşdırma populyasiyası yaratmağa və adi akademik səhiyyə mərkəzlərinə xas olan məsafə asılılığını aradan götürməyə kömək edəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *