Seksə başı qarışıb qəzaya düşən sürücü ilə bağlı yeni xəbər – FOTO
Daxili İşlər Nazirliyi sərnişinlə maşında sekslə məşğul olarkən qəzaya düşən sürücü ilə bağlı məlumat yayıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 9-da saat 22 radələrində Nəsimi rayonunun H.Ələsgərov küçəsində Bakı şəhər sakini Ramil Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırmış və nəticədə o, hadisə yerində ölüb.
Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, report.az-da yayılan məlumata görə, hadisədən əvvəl sürücü Ramil Hacıyev yolda bir xanımla tanış olaraq onu avtomobilə əyləşdirib. Maşında isə həmin xanımla sürücü R.Hacıyev arasında səmimi münasibətlər yaranıb və sekslə məşğul olmağa başlayıblar.
Başı xanıma qarışan sürücü Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərova küçələrinin kəsişməsində idarəetməni itirib. Nəticədə sürücü R.Hacıyevin idarə etdiyi “Toyota” markalı avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb və aşıb.
Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan qadın sərnişin qəzadan xəsarətsiz xilas ola bilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə:> ANSPRESS