Mobil telefonuna enerji dolduran gənc adam öldü – Malayziyada faciə
Malayziyada mobil telefonuna enerji dolduran gənc adam faciəvi şəkildə ölüb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Verilən məlumata görə, 35 yaşlı şəxs mobil telefon enerji yığan zaman cərəyan vurması nəticəsində ölüb.
Hadisə zamanı həmin şəxs dostunun evində olub. Ehtimal olunur ki, cərəyan vurmasına səbəb adapterin naqilinin yeyilməsi olub.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə:> Ölkə.Az