9 aylıq hamilə qadın dünyasını dəyişdi, morqda uşaq dünyaya gətirdi
Cənubi Afrikada dünya mətbuatının gündəminə düşən hadisə baş verib.
"Ölkə.Az" xəbər verir ki, kənd yerində yaşayan qadın öldükdən sonra morqda uşaq dünyaya gətirib.
Ölümündən 10 gün sonra 33 yaşlı Nomveliso Nomasonto Mdoyini morqdan tabuta daşıyan xəstəxana işçiləri gənc qadının ayaqları arasında yeni dünyaya gələn körpə meyiti aşkar ediblər.
Hadisədən şok keçirən xəstəxana işçiləri uşağın cinsiyyətinə də baxmağı düşünməyiblər. Mthayisi kəndinin qəbirsanlıq müdiri Fundile Makalana "20 ildir işləyirəm. Belə bir şey nə gördüm, nə də eşitdim"-deyib.
Talesiz qadının anası isə qızının hamiləliyinin 9-cu ayında nəfəs almaqda çətinlik çəkdiyini, xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra öldüyünü bildirir.
Kəndlilər ana və körpənin meyidini cadugər zənn edərək yandırmaq istəsələr də, mütəxəssislər belə bir doğuşun ölümdən sonra baş verməsinin normal olduğunu bildiriblər.
Mənbə:> Ölkə.Az