"Park Cinema" 20 yanvar günü şəhidlərin ruhuna hörmətsizlik etdi
"Park Cinema" 20 yanvar günü şəhidlərin ruhuna hörmətsizlik edib.
Azxeber.com saytı xəbər verir ki, Azərbaycanda ümummilli hüzn günü qeyd olunarkən Park Cinema tamaşaçılara komediya təqdim edib.
Belə ki, kinoteatrda bu gün saat 10.20-dən 23.20-yə qədər " Xoxan" komediyasının müxtəlif zallarda komediyanın nümayişi olub.
"Park Cinema"nın bu məsuliyyətsizliyi millət vəkili Fuad Muradovu da hiddətləndirib. O sosial şəbəkədə bu haqda yazıb:
”Bu gün, xalqımızım ümummilli hüzn günündə “Park Cinema”da kinokomediya nümayiş etdirilib. Hər birimiz xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq. Sözdə deyil, işdə bunu göstərməliyik. Onu da unutmamalıyıq ki, atdığımız hər bir addımı gənclər izləyir, gənclər görür.
Yəni, gənclərin tərbiyə olunmasında, formalaşmasında hər kəsin rolu var. Gənclərə örnək olmaq üçün nümunəvi addımlar atmalıyıq. Mən bu hüzn günü xalqımızın dərdinə şərik çıxmayanları qınayıram. Belələri öz səhvlərini anlamalıdırlar. Bu, düzələn səhvlərdir. Səhv edənlər özlərini düzəltməlidirlər”.
Mənbə:> Azxeber.com