Yerli film istehsalçılarına ağır zərbə: İlkin Həsənlidən şikayət – VİDEO
Azərbaycanda son vaxtlar yerli filmlərinin istehsalının artması onu göstərir ki,kino artıq ölkəmizdə biznesə çevrilib.
Bu biznesin inkişafı eyni zamanda kinoteatrların sayını da artırıb. Kinoteatrlar arasında rəqabət o həddə çatıb ki,birində nümayiş olunan film digərində göstərilə bilməz.
AzNews.info xəbər verir ki, belə bir fikirlə İlkin Həsənli, Murad Dadaşov və Kənan Mahmudov kimi film istehsalçıları çıxış ediblər. Onların sözlərinə görə Park Cinema və Cinema Plus arasında olan qeyri-sağlam rəqabət Azərbaycan kinomatoqrafiyasına külli miqdarda zərər vurmaqla yanaşı, gələcəkdə istehsal olunan filmlərin büdcəsinə birmənalı olaraq təsir edəcək. Nəticədə yerli filmlərin keyfiyyətində azalma qaçılmazdır.
Mənbə:> AzNews.info