Nizami Kino Mərkəzində “Səkkiz ən yaxşı görüş” » AzNews.info -Xəbər portalı

Nizami Kino Mərkəzində “Səkkiz ən yaxşı görüş”

Nizami Kino Mərkəzində “Səkkiz ən yaxşı görüş”


Nizami Kino Mərkəzində martın 03 –dən “Şərq qarışanda” milli və Rusiya istehsalı olan “Səkkiz ən yaxşı görüş” filmlərinin nümayişinə başlanıb.

AzNews.info xəbər verir ki, Rəqqasə Oksana Rəsulovanın rəhbərlik etdiyi “Oksimediya” prodakşnın qorxu janrında lentə aldığı “Şərq qarışanda” filminin rejissoru Samir Kərimoğlu operatoru Nadir Mehdiyevdir. Yaş həddi: 16+

Kinolent 1992-ci ildə doqquz yeniyetmənin manyak tərəfindən qəddarcasına qətlə yetirilməsindən bəhs edir. Hadisədən iyirmi dörd il keçməsinə baxmayaraq dəhşət hələ davam edir...

Filmdə baş rolları aktyorlar Ramiz Novruz, Qurban İsmayılov, İlhamə Qasımova, Şəhriyar Əbilov, Kəmalə Piriyeva canlandırıblar.

Rejissor Maryus Vaysberqin çəkdiyi “8 ən yaxşı görüş” filmi melodramatik komediya janrındadır. Sloqanı: “Arvadıma ər axtarıram” Yaş məhdudiyyəti:12+

Veterinar klinikanın sahibi Nikita ağır xəstəliyə düçar olduğunu öyrənir. Bunun həkim səhvi olduğunu bilməyən ailə başçısı, ondan sonra arvad uşağının qayğısını çəkmək üşün onu əvəz edə biləcək layiqli birini axtarmağa başlayır...

Sonradan düşəcəyi vəziyyət hər kəsi güldürəcək...

Filmdə rolları Vladimir Zelenskiy, Vera Brejneva, Vladimir Epifantsev, Yevgeniy Koşevoy, Sergey Kazanin, Nino Kantariya, Viktor Şur və digər aktyorlar canlandırıblar.

Xatırladaq ki, bu günlərdə qala-qecəsi kinomərkəzdə keçirilən milli “Axırıncı yol” komediyasının nümayişi davam edir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *