Ölkə kinoteatrlarında filmlər yalnız subtitrlə göstəriləcək » AzNews.info -Xəbər portalı

Ölkə kinoteatrlarında filmlər yalnız subtitrlə göstəriləcək

Ölkə kinoteatrlarında filmlər yalnız subtitrlə göstəriləcək


Azərbaycanda subtitri olmayan filmlər qeydiyyata alınmayacaq.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib.

Onun sözlərinə görə, subtitrlə xarici filmlərin nümayiş olunmaması ictimaiyyətdə narahatlıq yaradıb:

Filmlərin qeydiyyata alınması ilə bağlı məsələ bizim üçün yaxşı imkandır. Bu məsələ bizi hər zaman narahat edib. Eyni zamanda, mətbuat da bu məsələni bir neçə dəfə qaldırıb.

Tərcüməni təmin etmək üçün kinoteatrlarla məsləhətləşmişik və onlara aprelin 15-ə kimi vaxt vermişik ki, öz distributorları ilə danışıq aparsınlar”, - deyə, Y.Şeyxov bildirib.

O qeyd edib ki, subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimə olunacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *