“Arşın Mal Alan” Hollivudda nümayiş olunacaq » AzNews.info -Xəbər portalı

“Arşın Mal Alan” Hollivudda nümayiş olunacaq – VİDEO

“Arşın Mal Alan” Hollivudda nümayiş olunacaq


Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş “Arşın Mal Alan” filmi Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən sentyabrın 19-da Hollivudda nümayiş olunacaq. Bu, “Arşın Mal Alan” filminin Hollivudda ilk premyerası olacaqdır.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Oxu.Az-a verilən məlumata əsasən, film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış kinoteatr kimi düşmüş “Ricardo Montalban” kinoteatrında təqdim ediləcək.

Qeyd edək ki, nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstəriləcək. Nümayiş Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, “Arşın Mal Alan” filminin isə 70 illiyinə həsr olunur.

Filmin nümayişi ilə bağlı Baş Konsulluq tərəfindən qısa video-çarx da hazırlanıb.


[media=“Arşın%20Mal%20Alan”%20Hollivudda%20nümayiş%20olunacaq]

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *