“Yarımdünya” göstərildi
Aprelin 6-da türk rejissor və kinoaktyoru Osman Albayrakın "Yarımdünya" filminin qapalı nümayişi keçirilib.
ANS PRESS-in məlumatına görə, nümayişdə filmin yaradıcı kollektivi və məbuat nümayəndələri iştirak edib.
Filmdə müğənni Miri Yusif, aktyorlar Gülsara Rzayeva, Osman Albayrak, Kamran Ağabalaev, Pərvin Abıyeva və başqaları çəkilib.
Filmin saundtreklərindən olan "İstə" mahnısının söz və musiqisinin müəllifi Miri Yusifdir. "Yarımdünya"nın rejissoru Osman Albayraq, prodüseri Tural Əsədovdur. Film müğənninin bu yaxınlarda həyatını itirmiş dostunun xatirəsinə ithaf olunub.
Qeyd edək ki, film aprelin 9-dan ölkənin bütün kinoteatrlarında nümayiş etdiriləcək.
Filmin qısa məzmunu belədir:
Fuad – cinayət-axtarış idərəsinin əməkdaşı, Anar isə tamaşaçı sevgisini qazanmağa can atan musiqiçidir. Uşaqlıqdan hər bir sevinc və kədəri bir-birləri ilə bölüşən dostlar bu gün gözəl və uğurlu Dənizin sevgisini öz aralarında bölə bilmək gücündə deyillər. Onların dostluğu bir vaxtlar belə bir sınaqdan artıq keçib. Bəs bu dəfə necə olacaq? Dünya qədər qoca, lakin daim aktual… hekayə… Kinoda həyatdakı kimi, həyatda kinodakı kimi. Deyəsən, onların dünyadan xəbəri yoxdur…
Mənbə:> ANSPRESS