Gürcüstanda “ReAL”ın gizli qurultayı ilə bağlı məsələ araşdırılacaq
Gürcüstanın Bakıdakı səfirliyi müxalif “ReAL” hərəkətinin Tbilisidə qurultay keçirməsi haqda informasiyaya reaksiya verib.
Səfirliyin mətbuat xidmətinin başçısı Kaxa Abdaladze virtualaz.org-a bildirib ki, onlarda bu barədə heç bir informasiya yoxdur.
"Hər halda biz bu barədə Tbilisi ilə əlaqə saxlayacaq və əgər hansısa informasiya olacaqsa sizə deyəcəyik", - deyə gürcü diplomatı bildirib.
Daha əvvəl xəbər verdiyimiz kimi, müxalif “ReAL” hərəkatı yanvarın 21-də Tbilisidə qurultay keçirməyi planlaşdırır. Bakıdan 100-dən çox nümayəndənin iştirak edəcəyi tədbirə hazırlıq ciddi məxfilik şəraitində aparılır. Tədbirə hazırlıq işlərinin başlanmasına hələ çox qalmış onun təşkilatçıları iştirakçılara xəbərdarlıq ediblər ki, hərəkatın qurultayı barədə məlumat yaymasınlar.
Mənbə:> Virtualaz.org