Baş prokuror REAL hərəkatının İranla gizli sövdələşməsinə görə araşdırma başlatdı » AzNews.info -Xəbər portalı

Baş prokuror REAL hərəkatının İranla gizli sövdələşməsinə görə araşdırma başlatdı

Baş prokuror REAL hərəkatının İranla gizli sövdələşməsinə görə araşdırma başlatdı

Azərbaycanın Baş prokuroru haqqin.az və virtualaz.org saytlarında dərc olunmuş “İlqar Məmmədovun əsgərləri İran tərəfə keçir” başlıqlı məqalədə əksini tapmış xüsusatlarla bağlı ciddi araşdırmalar aparılmasına dair müvafiq göstərişlər verib. Bu barədə Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib.

Xatırladaq ki, Eynulla Fətullayevin jurnalist araşdırmasında REAL hərəkatının nümayəndələrinin İranın Bakıdakı səfirliyinin ikinci katibi ilə görüşü və əldə olunan gizli sövdələşmələr barədə bəhs olunurdu. Yazıda deyilirdi ki, İran səfirliyinin nümayəndəsi REAL hərəkatına pul verib.

Eldar Sultanovun sözlərinə görə, araşdırmalar Baş prokurorun göstərişi əsasında Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən aparılacaq. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *