"Çudo Peçka”nın təsisçisinin əmlakına həbs qoyulub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
APA-nın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Ç.Cəlilovun vəkili Jana Bağırova həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. Bildirib ki, ittihamlar əsassızdır və həbs edilməklə müdafiə etdiyi şəxsin təqsirsizlik prezumpsiyası pozulub.
Vəkil Ç. Cəlilov və onun ailə üzvlərinə məxsus bütün əmlaklara həbs qoyulduğunu bildirib. Çingiz Cəlilovun və onun uşaqlarının əmlakının ümumi qiyməti 7 milyon 300 min manat təşkil edir.
Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra qərar elan edilib. Qərara görə, vəsatət təmin edilməyib.
Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin edilib.
Mənbə:> APA