Məktəb direktoru məhkəmə zalında həbs olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağamusa Salahovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, A. Salahov 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A. Salahov məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, A. Salahov Laçın rayonunun məktəblərindən birinin direktoru olub. O, attestat düzəltmək adı ilə dələduzluq etməkdə ittiham olunur.
Mənbə:> APA