Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Akif Niftəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Niftəliyev barəsində Cinayət Məcəlləsinin (CM) 79-ci maddəsi təyin olunmaqla şərti cəza verilib. A.Niftəliyev məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, A.Niftəliyev Bakı sakininin etibarından sui-istifadə edərək, onu aldatma yolu ilə 100 baş qoyununu dələduzluqla ələ keçirib. O, zərərçəkmiş şəxsə ümumilikdə 15 min manatlıq ziyan vurub.
Zərərçəkmişin şikayəti əsasında saxlanılan A.Niftəliyev barəsində həbs qətimkan tədbiri seçilib.
O, CM-in 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
Mənbə:> Report