Prokuror məşhur yazıçının oğluna 10 il həbs cəzası istədi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Prokuror məşhur yazıçının oğluna 10 il həbs cəzası istədi

Prokuror məşhur yazıçının oğluna 10 il həbs cəzası istədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Rahib Salmanov sədrlik edib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək Əziz Kərimzadənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkilinin çıxış üçün vaxt istəməsindən sonra məhkəmə prosesinin mayın 8-də davam etdirilməsi qərara alınıb.

İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, Bakı şəhəri, 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.

2012-ci il noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.

Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *