İntihar edən şairin dəhşətli statusları: 1 saat əvvəl dənizdən şəkil paylaşdı – FOTO
Dünən özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahangirovla bağlı bəzi detallar məlum olub.
Qafqazinfo-nun verdiyi xəbərə görə, Lerik rayon sakini olan gənc uzun müddətdir "Məlik Cahan” imzası ilə şeirlər yazırmış. O, son günlər sosial şəbəkədəki hesabında pessimist paylaşımlar edib və yaxın dostlarına özünü öldürəcəyini deyib.
İntihar etdiyi gün səhər saat 10:13-də bu məzmunda status yazıb: "Sabahınız xeyir, gözəl insanlar. Nə gözəl gündür belə”. Dostları isə bundan sonra hər şeyin qaydasında getdiyinə arxayın olublar, M.Cahan 16:45-də özünü dənizə ataraq intihar edib. Yanvarın 6-sı saat 12:58-də intiharına "52 saat 2 dəqiqə” qaldığını, yanvarın 8-i saat 15:59-da isə "1 saat 1 dəqiqə” qaldığını öz hesabında yazaraq paylaşıb.
Özünü dənizə atmadan bir saat öncə intihar edəcəyi yerin şəklini çəkərək şeirlə birlikdə paylaşıb.
M. Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Bir ay sonra, fevralın 10-da M. Cahangirov 23-cü doğum gününü qeyd edəcəkdi.
Mənbə:> Qafqazinfo.Az