Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir

Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir

2016-cı illə müqayisədə ötən il Azərbaycanda seysmik aktivlik azalıb.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, 2016-cı ildə Azərbaycanda hiss edilən zəlzələlər daha çox olub.

V. Rafiqqızının sözlərinə görə, hazırda ölkə ərazisində seysmik aktivlik fon səviyyəsindədir.

Şöbə müdiri qeyd edib ki, yanvarın ilk günündə İsmayıllıda qeydə alınan zəlzələ hiss edilib, çünki zəlzələnin dərinliyi 8 kilometr olub: "Yəni ocağın dərinliyi yer səthinə yaxın olanda bəzən maqnitudası az olan zəlzələlər də hiss oluna bilir. Həm də İsmayıllı - Şamaxı zonası Azərbaycanda ən aktiv bölgələrdən biridir və orada seysmik aktivlik daima var. Bu baxımdan da həmin ərazidə təkanların baş verməsi gözləniləndir".

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *