Şamaxı silkələndi
Şamaxı rayonunda zəlzələ olub.
Oxu.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, martın 24-ü yerli vaxtla saat 18:07-də Qobustan stansiyasından 35 km cənubda Şamaxı ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3,1, dərinliyi 5 km olub.
Mənbə:> Oxu.Az