Azərbaycanda ən aktiv zəlzələ ocaqları açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycanda ən aktiv zəlzələ ocaqları açıqlandı

Azərbaycanda ən aktiv zəlzələ ocaqları açıqlandı

Q.Yetirmişli qeyd edib ki, bir həftə öncə Pirqulu ərazisində bir gündə 93 zəif təkan baş verib.

Azərbaycanda ən aktiv zəlzələ ocaqlarının adları açıqlanıb.

Aznews.info APA-ya istinadən xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, ən aktiv zonalar Böyük Qafqazın cənub-şərq yamacında, Şamaxı, İsmayıllı, Talış dağları və Xəzərdədir.

Onun sözlərinə görə, indiyə kimi baş verən zəlzələlərin hamısı zəif təkanlardır. Q.Yetirmişli qeyd edib ki, bir həftə öncə Pirqulu ərazisində bir gündə 93 zəif təkan baş verib. Ötən gün baş verən zəlzələdən sonra İmişlidə xırda təkanlarla enerji boşalması gedir:

“Seysmik cəhətdən zəif olan İmişlidə təkanlar olmayıb. Saatlı, Sabirabadda, İmişlidə tarixən güclü zəlzələlər baş verib. Ancaq müəyyən dövrdə seysmik cəhətdən zəif hesab olunan zonada da güclü təkanlar baş verir”.

Q. Yetirmişli qeyd edib ki, bu ilin 7 ayı ərzində seysmik cəhətdən ən aktiv zonalar Şamaxı, İsmayıllı və Xəzər dənizində olub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *