Bakıda bəzi binaların seysmik davamlılığı yoxlanılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda bəzi binaların seysmik davamlılığı yoxlanılacaq

Bakıda bəzi binaların seysmik davamlılığı yoxlanılacaq


Bakıda hündür mərtəbəli binaların seysmik davamlılığı yoxlanılacaq.

AZnews.info APA-ya istinadən xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib ki, bu proses layihə çərçivəsində Almaniyanın geoloji təşkilatı ilə birgə aparılacaq və 2 il davam edəcək.

Onun sözlərinə görə, bununla bağlı yekun danışıqlar sentyabrın 19-21-də Almaniyada olacaq və bundan sonra prosesə nə vaxtdan başlanılacağına qərar veriləcək.

Q.Yetirmişli əlavə edib ki, Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Bakıda tikilən bütün yeni hündür mərtəbəli binalara, eləcə də digər sənaye əhəmiyyətli tikintilərə əvvəlcədən ərazinin seysmikliyi barədə rəy verilir:

“Bundan sonra Fövqəladə Hallar Nazirliyi tikintiyə ciddi nəzarət edir. Ümumiyyətlə isə binalar 9 ballıq zəlzələyə hesablanaraq tikilir”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *