Bakıda 5, 7, 9 mərtəbəli binalar söküləcək
“Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb”.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu sahibkarlarla görüşündə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur: “Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək”.
Mənbə:> APA