Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib: “Mustafayevin yerini deməsəniz...” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib: “Mustafayevin yerini deməsəniz...” – YENİLƏNİB

Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib: “Mustafayevin yerini deməsəniz...”

Peterburqda idarə etdiyi “Range Rover”lə məktəbliləri daşıyan avtobusun qarşısını kəsib sürücünü döyən və bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayevin tutulması əməliyyatının təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin bu səs-küylü cinayət işini nəzarətinə götürəndən sonra Peterburqun hüquq-mühafizə orqanlarının rəhbərləri qarşısında Yeni ilə qədər nə yolla olursa olsun, şübhəlini yaxalamaq vəzifəsi qoyub. Nəticədə onu tutmaq üçün həm şəhər Baş polis idarəsinin, həm müvafiq rayon polis şöbəsinin əməliyyatçıları səfərbər olunub.

Hadisədən dərhal sonra Mustafayev və onunla birlikdə avtomobildə olan, avtobus sürücüsünü beysbol dəyənəyi ilə döyən Zülfiyyə adlı qadın mobil telefonlarını söndürüblər. Ötən gün dekabrın 26-da axşama doğru məlum olub ki, Mustafayevi azərbaycanlılar gizlədir. Əvvəlcə on Kronştaddakı mənzilə aparıblar, paralel olaraq Mustafayevə “ehtiyat aerodrom” axtarıblar. Müəyyən olunub ki, ona yaxın azərbaycanlı bu və ya digər formada Mustafayevə kömək edib.

“Rosqvardiya”nın SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçüləri əvvəlcə Mustafayevə məxsus metal qəbulu məntəqəsinə, daha sonra onu gizlədənlərin avtomobilinə basqın ediblər. Həmin şəxslərin avtomobili izlənilib, avtomobil Kollantayda park edib və onun içərisindən Azərbaycandan olan iki nəfəri düşürüblər. Tezliklə həmin yerə daha bir xarici avtomobil yaxınlaşıb, SOBR döyüşçüləri bu avtomobildən daha dörd azərbaycanlını tutublar. Onlardan biri Mustafayev üçün tutulmuş vəkil olub. Daha sonra SOBR döyüşçüləri Mustafayevin əvvəlcə gizləndiyi mənzilə baxış keçiriblər, onu orada tapmayıblar.

Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib: “Mustafayevin yerini deməsəniz...”


Məlumata görə əməliyyatçılar Mustafayevlə əlaqəsi olan bütün azərbaycanlı biznesmenləri, o cümlədən Leninqrad vilayətində və Peterburqda aktiv biznes fəaliyyəti ilə məşğul olan azərbaycanlıları xəbərdar ediblər: əgər Mustafayevin yerini deməsələr və ya o özü təslim olmasa onların ticarət obyektlərinin başının üstünü bütün müvafiq instansiyaların-“Rospotrebnadzor”un, Yanğınsöndürmə Xidmətinin, verginin və s. əməkdaşları kəsdirəcək.

DİN-in Peterburq üzrə Baş idarəsinin əməkdaşı deyib ki, bu xəbərdarlıq öz işini görüb. Dekabrın 27-də səhər tezdən Mustafayev Nevsk rayonu üzrə polis idarəsinin növbətçi hissəsinə gələrək təslim olub.

Mustafayevlə birlikdə olan qadının axtarışları isə davam edir, ancaq onun saxlanılması vaxt məsələsidir.

* * *11:46

Rusiyanın Sankt-Peterburq şəhərində idarə etdiyi “Range Rover” avtomobili ilə məktəbliləri ekskursiyadan qaytaran avtobusun qarşını kəsərək sürücünü bıçaqlayan azərbaycanlı biznesmen Əlizadə Mustafayev saxlanılıb. Virtualaz.org xəbər verir ki, 44 yaşlı biznesmen Peterburqun Vsevolojsk rayonunda yaxalanıb. Bundan əvvəl Rusiya İstintaq Komitəsi onun fotolarını yaymışdı və şəhər sakinlərindən xahiş etmişdi ki, şəxsin yaxalanmasına yardım edən informasiyaları hüquq-mühafizə orqanlarına çatdırsınlar.

Bildirilir ki, hazırda Mustafayev Peterburqun İstintaq Komitəsində dindirilir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün onun daha sonra məhkəməyə çıxarılacağı gözlənilir. Ə.Mustafayevin barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. İnsident zamanı onunla birlikdə avtomobildə olan qadın-30 yaşlı Zülfiyyə Səidmuratova isə axtarılır.

Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib: “Mustafayevin yerini deməsəniz...”


Xatırladaq ki, bu səs-küylü hadisə dekabrın 25-də axşam saatlarında baş verib. “Range Rover” sürücüsü qarşıda hərəkət edən avtobusun manevrlərindən hirslənərək onun qarşısını kəsib. Avtobusun sürücüsünü sükan arxasından dartaraq onunla dava etməyə başlayıb. Dava zamanı Mustafayev bıçaqla avtobus sürücüsünə 3 zərbə endirib. Üstəlik onunla birlikdə avtomobildə olan qadın da küt alətlə yaralı sürücünün qıçlarına vurub. Daha sonra cütlük heç nə olmamış kimi hadisə yerindən uzaqlaşıb. Yaralı avtobus sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə avtobusdakı 4-cü sinif şagirlərinin gözləri qarşısında baş verib, onların bir neçəsi gördüklərindən şoka düşüblər.

Peterburqdakı azərbaycanlı biznesmenlər hədələnib: “Mustafayevin yerini deməsəniz...”


Hadisə geniş rezonans doğurub. Ötən gün Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin işi şəxsi nəzarətinə götürüb və şübhəlinin tutulması üçün bütün təxirəsalınmaz tədbirləri görməyi tapşırıb.

Ə.Mustafayev 2009-cu ildə Rusiya vətəndaşlığı alıb, Peterburqda yükdaşıma və metal tullantıları biznesi ilə məşğuldur. Müntəzəm olaraq Azərbaycana gəlib-gedir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *