Türkiyədə azərbaycanlı qadın zorlandı
Türkiyədə avtobus sürücüsü Azərbaycan və Türkiyə vətəndaşı olan 37 yaşlı qadını zorlayıb.
Aznews.info APA-ya istinadən xəbər verir ki, paytaxt Ankarada S. adlı qadın mindiyi avtobusun sürücüsü tərəfindən elə avtobusdaca hücuma məruz qalıb.
Avtobus sürücüsü 2 uşaq anasını uzun yalvarışdan sonra sərbəst buraxıb.
Hadisədən sonra qadın hüquq-mühafizə orqanlarına şikayət edib. Qadının şikayəti əsasında prokurorluğa çağırılan sürücü İbrahim T. məhkəmənin qərarı ilə həbs olunub.
Mənbə:> APA