Sankt Peterburqa göy qar yağıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Sankt Peterburqa göy qar yağıb

Sankt Peterburqa göy qar yağıb

Yerli sakinlər qeyri-adi təbiət hadisəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib

Rusiyanın Snakt Peterburq şəhərinin bəzi bölgələrinə göy qar yağıb.

İnterAz Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli sakinlər qeyri-adi təbiət hadisəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Rusiyanın ətraf mühitin monitorinq agentliyinin rəsmiləri araşdırma aparmaq üçün qardan nümunələr götürüblər.

Səlahiyyəli şəxslər bildirib ki, qarın əksəriyyəti açıq göy, bir hissəsi isə bənövşəyi rəngdədir. Qarın niyə bu rəngdə olduğu ilə bağlı araşdırma aparılır.


2015-ci ilin fevral ayında Rusiyanın Çelyabinsk şəhərinə göy qar yağmışdı. O zaman aparılan araşdırma zamanı məlum olmuşdu ki, Pasxa bayramı üçün yumurta boyası istehsal edən fabrikin ventilyasiya sisteminə göy rəngin düşməsi nəticəsində baş vermişdi.

Mənbə: İnterAz
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *